İsrail şüursuz şəkildə hərəkət etsə, Təl-Əviv və Hayfa məhvə düçar olacaq.
ÇıxışYolu.Com “IRIB” telekanalına istinadən xəbər verir ki, bunu İranın ekspertlər şurasının üzvü və Tehranın imam cüməsi Əhməd Hatəmi bəyan edib.
“Bizim nüvə silahı ilə işimiz yoxdur, əksinə bizim siyasət qabaqlama siyasətidir. İsrail “sakit yata bilməsin” deyə, İran raket potensialını günü-gündən artırır. Ancaq onlar şüursuz şəkildə hərəkət etsələr, Tel-Əviv və Hayvanı yerlə yeksan edəcəyik”, – deyə Hatəmi bildirib.