İran Trampın hədələrinə cavab verdi

Baxış sayı: 2. 244 dəfə baxılıb.

İran Trampın hədələrinə cavab verdi

İranın xarici işlər naziri Məhəmməd Cavad ABŞ prezidenti Donald Trampın İranı “məhv” etməyə hazır olmağı ilə bağlı bəyanatına cavab verib. Bu barədə CNN məlumat verir.

Nazir bildirib ki, Trampın sözləri ABŞ-ın qeyri-qanuni planlarından xəbər verir.

“Birləşmiş Ştatlar İranı “məhv edə” bilməz. Tramp BMT-nin bu cür hədələrin qeyri-qanuniliyi qeyd olunan qərarının olduğunu yada salmalıdır”, – deyə Cavad vurğulayıb.

Xatırladaq ki, Tramp rəsmi Tehranı hədələyərək,  ABŞ-a qarşı istənilən yeni hücum olduğu təqdirdə İranı “məhv” edəcəyini bildirmişdi.