İran, Türkiyə və Rusiya prezidentləri sentyabrın 7-də Təbrizdə görüş keçirəcəklər.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə İranın “Fars” agentliyi Ərdəbil valisinə istinadən məlumat yayıb.
Görüş “Astana prosesi”nin üçüncü sammiti çərçivəsində keçiriləcək. Görüşdə Suriya münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.
Qeyd edək ki, sözügedən görüşün Tehranda keçirilməsi planlaşdırılırdı.