8bf70572-63ef-4810-93d2-c510e1fa4487..jpg

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi – VİDEO

Baxış sayı: 296 dəfə baxılıb.

İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunan dəstə üzvü ələ keçdi –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan
1982-ci il təvəllüdlü Ramil Səfərov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ramil Səfərovun üzərindən üç kiloqramdan çox tərkibi psixotrop maddələrlə
zənginləşdirilən marixuana aşkarlanıb. R.Səfərov narkotik vasitəni sosial
şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının
göstərişi ilə əvvəlcədən müəyyənləşdirilən məkandan satış məqsədilə götürdüyünü
bildirib.

R.Səfərovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması
istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


Source link