37c5a651-e00e-49d6-b76f-df063341d379.jpg

İran vətəndaşına narkokuryerlik edən keçmiş məhkum ƏLƏ KEÇDİ

Baxış sayı: 46 dəfə baxılıb.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum
olunmuş Ağaqulu Tağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq heroin
aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Cixisyolu.com-a bildirilib.

Vurğulanıb ki, araşdırmalar zamanı A.Tağıyevin narkotik vasitəni sosial
şəbəkələr vasitəsilə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan iranlı
narkotacirdən aldığı müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Source link