ace536d2-e3db-41a8-a606-cc950f051a6e..jpg

İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb – FOTO

Baxış sayı: 368 dəfə baxılıb.

İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşına narkokuryerlik edən şəxs
saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə narkokuryerlik edən, əvvəllər talama cinayətlərinə görə məhkum
olunmuş Kamran Quliyev saxlanılıb. Ondan beş kiloqrama yaxın marixuana aşkar
edilib. K.Quliyev sosial şəbəkələrdə tanış olduğu və şəxsiyyəti istintaqla
araşdırılan “Cəlal” adlı İran vətəndaşının göstərişi ilə narkokuryerlik
etdiyini bildirib. O, narkotikləri maddi gəlir qarşılığında Gəncə şəhərinə
aparmalı imiş.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan
tədbiri seçilib.

Source link