97203bf9-e315-4fd1-808f-7566034ee61f..jpg

İran vətəndaşından narkotik alıb Daşkəsəndə satmaq istəyən şəxs saxlanılıb – FOTO

Baxış sayı: 973 dəfə baxılıb.

İran vətəndaşından narkotik alıb Daşkəsəndə satmaq istəyən şəxs saxlanılıb –
FOTO

Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədilə
narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Daşkəsən rayon sakini,
əvvəllər Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Elçin
Bayramov saxlanılıb.

Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə və külli
miqdarda narkotik maddə olan metamfetamin, heroin, tiryək və marixuana aşkar
edilərək götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələr
vasitəsilə İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Source link