İran vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dövlət Gömrük Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində gömrük
rəsmiləşdirilməsinin tezləşdirilməsi müqabilində İran İslam Respublikası
vətəndaşından qeyri-qanuni pul alan şəxs ifşa olunub.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, İran İslam Respublikası vətəndaşı
Camal Farjam Özbəkistan Respublikasından üçüncü ölkəyə daşınması məqsədilə
Azərbaycana idxal etdiyi malların gömrük rəsmiləşdirilməsinin tezləşdirilməsi
müqabilində Azərbaycan Respublikası vətəndaşı F.Niyazovun ondan 9.100 ABŞ
dolları məbləğində pul vəsaiti aldığını bildirib.
Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə
Dövlət Gömrük Komitəsi tərəfindən birgə əməliyyat-axtarış tədbirləri həyata
keçirilib və Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.
Dövlət Gömrük Komitəsi vətəndaşlara gömrük orqanlarının işgüzar nüfuzuna xələl
gətirən bu kimi qanunsuz əməllərlə məşğul olan şəxslər barədə faktlarla
rastlaşdıqda dərhal Dövlət Gömrük Komitəsinə və ya digər hüquq-mühafizə
orqanlarına məlumat vermələrini tövsiyə edir.