1ef17490-c51a-4531-9eff-e227c8d2ed81..jpg

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvləri Bakıda tutuldular – FOTO/VİDEO

Baxış sayı: 3. 980 dəfə baxılıb.

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvləri Bakıda tutuldular
– FOTO/VİDEO

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cixisyolu.com-a verilən xəbərə görə,
əməliyyat nəticəsində Elnur Əsədov və onun başçılıq etdiyi dəstənin daha 7 üzvü
tutularaq istintaqa təqdim edilib.

Araşdırmalar zamanı Elnur Əsədovun sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti
məlum olmayan İran vətəndaşının göstərişi ilə paytaxt ərazisində
narkokuryerliklə məşğul olan dəstə yaratdığı müəyyən olunub. Əməliyyat-texniki
tədbirlər nəticəsində Elnur Əsədovun İran vətəndaşı ilə narkotik vasitələrin
alqı-satqısı nəticəsində yaranan əlaqələri sübuta yetirilib. Həmin şəxsin evinə
və avtomobilinə baxış zamanı 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar
edilib.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata
keçirdikləri digər əməliyyatlar zamanı isə Binə və ətraf ərazilərdə 5 evdən,
mağazadan, həmçinin Hövsan qəsəbəsində 9 avtomobildən oğurluq edən İlqar
Zamanov və Fuad Qasımov da saxlanılıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri
başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, 3-cü Polis Şöbəsinin əməkdaşlarının ilin əvvəlindən həyata
keçirdikləri əməliyyatlar zamanı Binə və ətraf ərazilərdə narkotiklərin
qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 26 nəfər tutularaq istintaqa
təqdim edilib.


Source link