2fb7bab8-ac7b-4b6b-b4f3-5708450f3db3..jpg

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs tutuldu – FOTO/VİDEO

Baxış sayı: 1. 368 dəfə baxılıb.

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi şəxs tutuldu – FOTO/VİDEO

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti
əməliyyat zamanı Binə qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan Allahyar
İsgəndərli saxlanılıb.

DİN-in mətbuat xidmətindən Cixisyolu.com-a verilən xəbərə görə, onun üzərinə baxış
zamanı 2 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs
sosial şəbəkələrdə tanımadığı “Ümid” adlı İran vətəndaşı tərəfindən
narkokuryerliyə cəlb edildiyini və onun onlayn yolla paytaxt ərazisinə satmaq
məqsədi ilə göndərdiyi heroini qəbul etdiyini bildirib.

Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin
əməkdaşları tərəfindən Mərdəkan, Türkan, Şüvəlan, Şağan qəsəbələri, həmçinin
rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin
qanunsuz dövriyyəsi ilə məşğul olan daha 9 nəfər saxlanılıb. Həmin şəxslərdən
də külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan
metamfetamin aşkarlanıb.

Faktlarla bağlı toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə
göndərilib. Xəzər rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə
məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları
tərəfindən əməliyyatlar davam etdirilir.


Source link