İran Vaşinqtonu xəbərdar etdi

İran Vaşinqtonu xəbərdar etdi

Baxış sayı: 2. 792 dəfə baxılıb.

ABŞ  “5+1” qrupu ilə Tehranın arasında bağlanmış  nüvə sazişindən çıxsa, Tehran Vaşinqton üçün heç də xoş olmayan bir sıra ölçülər qəbul edəcək.

ÇıxışYolu.Com xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “CBS” telekanalının efirində bildirib.

Onun sözlərinə görə, belə olan halda İranın cavab tədbirləri ilə bağlı bir neçə variantı olacaq. Bunlardan biri uranın zənginləşdirilməsi proqramının bərpa olunmasıdır.

İranın nüvə proqramı ilə bağlı tarixi saziş 14 iyul 2015-ci ildə Vyanada bağlanıb. İranın uran zənginləşdirmə proqramını dayandırması müqabilində, 16 yanvar 2016-cı ildə İrana qarşı beynəlxalq sanksiyaların böyük hissəsi ləğv olunub.

12 yanvar 2018-ci ildə ABŞ prezidenti Donald Tramp, nüvə sazişinə düzəlişin edilməsini tələb edib. Ağ Ev rəhbəri əks təqdirdə, sazişdən birtərəfli olaraq çıxacaqları ilə hədələyib.

.
www.ÇıxışYolu.Com