f7811a6a-a12b-42a8-b9f6-bd43f15ec5cd..jpg

İran xarici siyasətinin böhranı – VİDEO

Baxış sayı: 672 dəfə baxılıb.

İran xarici siyasətinin böhranı – VİDEO

Bir müddət əvvəl beynəlxalq münasibətlər üzrə tanınmış İran alimi Möhsün
Cəlilvənd mətbuata açıqlamasında İran xarici siyasətinin dəqiq, sistemli və
strateji proqramlara malik olmadığını vurğulayıb

O qeyd edib ki, İran xarici siyasətinin əsas problemi xarici siyasətin özünün
olmamasıdır:

“İran İslam Respublikası istər regional, istərsə də qlobal səviyyədə yalnız
xarici əlaqələrlə kifayətlənir. Yəni xarici siyasət xarici əlaqələr səviyyəsinə
endirilib”.

Son bir neçə ay ərzində İran hakimiyyətinin xarici siyasət sahəsində üzləşdiyi
və onun üçün xoşagəlməz olan sürprizlər ekspertin bu sözlərinin həqiqət
olduğunu təsdiqləyib. Misal üçün, İranla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)
arasında mübahisəli ərazi kimi tanınan üç ada – Fars körfəzindəki Böyük Tomb,
Kiçik Tomb və Əbu Musa adaları məsələsinə İranın özünə yaxın dost və müttəfiq
bildiyi ölkələrin son dönəmdə göstərdiyi münasibəti qeyd etmək olar.

Belə ki, ötən ilin sonlarında Çin Xalq Respublikasının sədri Si Cinpinin
Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirilən Çin-Körfəz Əməkdaşlıq
Şurası sammitinin bəyanatında faktiki olaraq adalar məsələsində BƏƏ-yə dəstək
ifadə edən bənd əksini tapıb.

Bu il iyulun 10-da Rusiya və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında
strateji dialoqun xarici işlər nazirləri səviyyəsində Moskvada keçirilmiş 6-cı
iclasının birgə bəyanatında da analoji bənd yer alıb. Hər iki sənədin altında
İranın strateji müttəfiqi sayılan Çin və Rusiya rəsmilərinin imzasının olması
Tehranda ciddi narahatlıq doğurub, lakin İran hakimiyyətinin cavabı xarici
işlər nazirinin sosial şəbəkələrdə status paylaşmasından, XİN sözçüsünün ümumi
səciyyəli açıqlamasından və qeyd olunan ölkələrin səfirlərinin XİN-ə dəvət
olunmasından uzağa getməyib.

“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı süjetini təqdim edirik:


Source link