İran hökuməti həftə ərzində xarici sosial şəbəkələrdən istifadədən imtina etməlidir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“Bütün dövlət institutları və hökumət orqanları, o cümlədən qeyri-hökumət təşkilatları bir həftə ərzində fəaliyyətini İran sosial şəbəkələrinə köçürməlidir”, – İran İslam Respublikasının birinci vitse-prezidenti Esxak Cahangiri deyib.
Dövlət qulluqçularına “Telegram” da daxil olmaqla, bütün xarici messencerlərdən istifadə ilə bağlı qadağa bu gündən qüvvəyə minir.
Qeyd edək ki, bundan öncə İranın ali dini lideri ayətullah Əli Xameneyi də “Telegram” sosial şəbəkəsindən imtina ilə bağlı çıxış etmişdi.