35559771-6cde-441d-936d-dbf0083ee394..jpg

İran XİN: “Azərbaycanla danışıqlarda nisbi uğur əldə olunub”

Baxış sayı: 521 dəfə baxılıb.

İran XİN: “Azərbaycanla danışıqlarda nisbi uğur əldə olunub”

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri
Hüseyn Əmir-Abdullahian arasında baş tutan üç telefon danışığı iki ölkə
arasında gərginliyi azaltmağa yönəlmiş müsbət hadisədir”.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani aprelin 17-də
keçirdiyi ənənəvi həftəlik brifinqdə bildirib.

İranlı diplomat söyləyib ki, İran münasibətlərin idarə olunmasında
siyasi-diplomatik yanaşmadan istifadə edib, nəticədə bu prosesdə nisbi uğur
əldə edilib.

“Ümid edirik ki, problemlər və anlaşılmazlıqları aradan qaldırıb iki ölkə
arasında mehriban qonşuluq siyasətinə əsaslanan əlaqələri təbii və faydalı
prosesə çevirəcəyik”, – N.Kənani vurğulayıb.

Mənbə: Mehr

Source link