İran İsrailə raket zərbəsindən sonra ABŞ-nin müdaxilə etməməsi üçün İsveçrə
vasitəsilə Vaşinqtona xəbərdarlıq göndərib.
Cixisyolu.com bu barədə “Tasnim” agentliyinə istinadən xəbər verir.
“İsveçrəyə ABŞ-yə çatdırılması xahişi ilə xəbərdarlıq göndərildi ki, bu bizim
qanuni özünümüdafiə hüququmuzdur və biz davam etmək niyyətində deyilik.
Həmçinin ABŞ-yə xəbərdarlıq edildi ki, kənarda dursun və müdaxilə etməsin”, –
deyə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib.