İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikasına səfərə gedib.
ÇıxışYolu.Com-ın IRNA-ya istinadən məlumatına görə, Məhəmməd Cavad Zərif Naxçıvanda yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşüb, iqtisadi-ticari məsələləri müzakirə edib.
Xatırladaq ki, M.Zərif aprelin 5-də Qoşulmama Hərəkatının Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransına qatılıb.