İran yaxın 12 saat ərzində, havanın qaranlıq saatlarında İsrailə zərbə
endirəcək.
Cixisyolu.com xəbər verir ki, bu barədə “The New York Times” yazıb.
Məlumata görə, ABŞ Tel-Əvivdəki səfirlik əməkdaşlarına yüksək səviyyəli
xəbərdarlıq edərək, onlara evlərinə qayıtmaq və bomba sığınacaqlarına getməyə
hazır olmaq əmri verib.
Bu, aprel ayında İranın İsrailə hava hücumundan sonra ilk belə əmrdir.
Öz növbəsində İsrail Müdafiə Nazirliyi bildirib ki, İranın İsrailə mümkün
hücumunun “nəticələri olacaq”.