İranda əxlaq polisi məcburi hicabdan imtina edən təbrizli qızı dəlixanaya
salıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oktyabrın 15-də Təbrizdə məcburi hicab qaydalarını pozduğuna görə hökumət
məmurları tərəfindən döyülməsinə etiraz olaraq “Xameneiyə ölüm”, “Diktatora
ölüm” şüarları səsləndirən qız ruhi xəstəxanaya köçürülüb.
Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.
Bununla bağlı Şərqi Azərbaycan əyalətinin polis komandanlığı məlumat yayıb.
Qeyd edilib ki, şüar səsləndirən qız psixi problemləri olduğundan polis
bölməsinə aparıldıqdan sonra dəlixanaya köçürülüb.
Xatırladaq ki, oktyabrın 15-də hökumət muzdluları təbrizli qızı hicab
qaydalarını pozduğuna görə döyüb və təhqir ediblər.
Ciddi bədən xəsarətləri alan qızın Xameneiyə qarşı şüar səsləndirməsindən
sonra ona daha ağır fiziki zərbələr vurublar və huşunu itirən qızı həbs
ediblər. Oktyabrın 16-da isə o, Təbrizdə ruhi xəstəliklər dispanserinə
köçürülüb.
Qeyd edək ki, son bir il ərzində İranda məcburi hicaba etiraz edən 36 qadın
hökumət məmurları tərəfindən qətlə yetirilib.