İran İslam Respublikasında saxlanılan azərbaycanlı fəalların sayı 50-ni ötüb.
Bu barədə ÇıxışYolu.Com “Araznews” saytına istinadla xəbər verir.
Təhlükəsizlik qüvvələri Şərqi Azərbaycan ostanının Kəlibər şəhəri yaxınlığındakı “Babək qalası” ətrafına toplaşan onlarla insanı həbs edib.
Saxlanılanlar sırasında Həmid Şəfiq, Mehdi Qolabi, Firuz Müəyyəni, Məhəmməd Haqpur, Davud Əzimzadə, Behrad Xudayari kimi tanınmış simalar da var.
Həmçinin Ərdəbil şəhərində alim Abbas İrşadifər saxlanılıb.
Qeyd edək ki, artıq uzun illərdir etnik azərbaycanlılar türk eyniliyinin rəmzi sayılan “Babək qalası” ətrafından iyulda bir araya gəlirlər.
Son illər bu görüşləri İran təhlükəsizlik qüvvələrinin təzyiqi səbəbi ilə keçirmək mümkün olmur.