İranda 720 nəfərdən çox insan göbələkdən zəhələrlənib, 9 nəfər isə ölüb.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə qəza xidmətinin nümayəndəsi Moctəbu Xaledi bildirib.
Xaledinin sözlərinə görə, İranın Kermanşah, Kürdistan, Zəncan, Qərbi Azərbaycan və Qəzvin bölgələrində ümumilikdə 721 nəfər göbələkdən zəhərlənib. 50 nəfərin vəziyyəti ağırdır. Onlardan bəzisinə təcili surətdə qaraciyər köçürülməlidir.