İranda 2017-ci ilin iyununda parlamentə hücum edən səkkiz terrorçuya ölüm hökmü verilib.
Bu haqda ÇıxışYolu.Com-a Press TV-dən məlumat verilib.
Telekanalın məlumatına əsasən, onlar İŞİD üzvləri olub.
2017-ci ilin iyunun 7-də naməlum şəxslət İran parlamentində atışma törədib. Həmçinin Tehranda Xomeyni məqbərəsinə də hücumlar olub.
İki terror aktı zamanı 12 nəfər həlak olub, 39 nəfər yaralanıb.