İranda ABŞ-a məxfi məlumatları ötürməkdə ittiham olunan şəxs edam edilib.
Bu barədə RİA Novosti məlumat yayıb.
Qeyd olunur ki, İran müdafiə sənayesində çalışan Calal Hacı Zavar ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edib.
2010-2011-ci ildə ABŞ-a məxfi məlumatları ötürən C. Zavarın evində casus avadanlığı aşkar edilib.