İranda aldadılmış investorlara atəş açıldı: Ölən və yaralananlar var – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranda aldadılmış investorlara atəş açılıb. Hadisə nəticəsində ölən və
yaralananlar var.
Bu barədə “Azad İran” “Telegram” kanalı Takestan şəhər başçısının müavini
Zəbihullah Baqeriyə istinadla xəbər verib.
Bildirilir ki, atışma dünən “Almas Khodro” şirkətinin aldadılmış
investorlarının etirazı zamanı baş verib. Belə ki, etirazçılar şirkət
rəsmisinin evinin önündə toplaşıblar. “Almas Khodro”nun məsul şəxsi isə onlara
atəş açıb. Nəticədə bir nəfər ölüb, altı nəfər isə yaralanıb.
Şübhəli saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.