a9bf9690-e5be-4750-9ec9-f74e62742cac.jpg

İranda ali rəhbərin nüvə silahının qadağan edilməsi ilə bağlı fətvasına sadiqdirlər

Baxış sayı: 217 dəfə baxılıb.

“İran kütləvi qırğın silahlarından istifadədən imtina siyasətinə sadiq
qaldığını təsdiqləyir”.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə İslam Respublikasının Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bəyan edib.

“İslam Respublikası İranın siyasəti kütləvi qırğın silahlarından istifadədən
qəti şəkildə imtina etməkdir və bu qərar Ali Rəhbər Əli Xameneinin fətvasına
əsaslanır. İran və xarici mətbuatda Tehranın nüvə doktrinasının dəyişdirilməsi
ilə bağlı müzakirələr bu mövqeyə heç bir təsir göstərmir və İran həmişə müdafiə
doktrinasına əsaslanaraq bu siyasəti izləyəcək”, – deyə Bəqai brifinqdə
bildirib.

Source link