825fae8d-b757-49d4-be76-e5571cc83b6b.jpg

İranda ard-arda iki terror: Ölənlərdən biri SEPAH komandiridir

Baxış sayı: 40 dəfə baxılıb.

İranın Sistan və Bəlucistan əyalətinin Nikşəhr rayonunda yerləşən Bent
şəhərində naməlum şəxslərin silahlı hücumu nəticəsində altı nəfər həlak olub,
daha iki nəfər ağır yaralanıb.

Cixisyolu.com-ın İran mediasına istinadən verdiyi məlumata görə, qurbanlar arasında
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri Pərviz Kədxodai və şəhər
şurasının sədri Yusif Şirani də var.

Hücumun təfərrüatı hələ açıqlanmır, hücum edənlərin şəxsiyyəti və motivləri
məlum deyil.

14:08

İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Nikşəhr şəhərində
məktəbdə keçirilən şənlik mərasiminə silahlı hücum olub.

Cixisyolu.com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində İran
ordusunun bir hərbçisi və iki yerli sakin həyatını itirib.

Digər hücum isə Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində baş verib. Belə
ki, silahlı şəxslər avtomatdan polislərin olduğu avtomobili atəşə tutublar.

Hücum nəticəsində avtomobildə olan iki polis əməkdaşı həyatını itirib.

Hələlik İranın rəsmi dairələri silahlı insidenti şərh etməyib.

İranda ard-arda iki terror: Ölənlərdən biri SEPAH
komandiridir
İranda ard-arda iki terror: Ölənlərdən biri SEPAH komandiridir

Source link