İranda avtobusun aşması nəticəsində ölənlər və çoxlu sayda xəsarət alanlar var
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranda istehsalat şirkətinin işçilərini daşıyan avtobus aşıb.
Yerli mətbuat yazır ki, yol-nəqliyyat hadisəsi Semnan-Mehdişəhr yolunda baş
verib.
Qəza nəticəsində iki nəfərin öldüyü, 26 nəfərin xəsarət aldığı bildirilir.
Qeyd olunur ki, xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.
Semnan əyalətinin yol polisinin rəisi Musa Maqari bildirb ki, qəzaya sürücünün
sürət həddini aşması səbəb olub.
Qəzanın təfərrüatı araşdırılır.
Mənbə: Yjc.ir