a9cab231-0085-4c69-b2cc-3a55caa8e4aa..jpg

İranda bu il edam edilənlərin sayı açıqlanıb – FOTO

Baxış sayı: 423 dəfə baxılıb.

İranda bu il edam edilənlərin sayı açıqlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda 2022-ci illə müqayisədə edamların sayı 32%, ölüm hökmlərinin
çıxarılması isə 68% artıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, bu il ölkədə 155 nəfərə ölüm hökmü verilib, 746 nəfər isə dar
ağacından asılıb.

İran İnsan Haqları Təşkilatının (HRANA) statistikasında qeyd edilib ki,
edamların altısı insanların gözü önündə həyata keçirilib və məhbuslar arasında
yaşı 18-dən az olan və hüquqi terminlə “uşaq cinayətkar” adlanan iki nəfər də
var.

Bildirilib ki, edam hökmü icra edilənlərdən və kimliyi bəlli olan şəxslərdən
597-si kişi, 20-si qadın olub.

Source link