c89efbef-5bb5-47cb-a31f-41eb961025ff..jpg

İranda daha bir polis öldürüldü – FOTO

Baxış sayı: 369 dəfə baxılıb.

İranda daha bir polis öldürüldü – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran mediası sentyabrın 16-da silahlı qarşıdurmada yaralanan Fars əyalətinin
Firuzabad şəhərinin İctimai Təhlükəsizlik Polis İdarəsinin rəisi Ehsan
Bəxşəndenin öldüyünü açıqlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunur ki, o, yaralandıqdan sonra xəstəxanaya aparılıb və orada üç ay
qaldıqdan sonra həyatını itirib.

Xatırladaq ki, sentyabrın 16-da Cənubi Xorasan əyalətinin Nəhbəndan bölgəsində
polis zabitləri kapitan Həsən Tahiri və Səccad Zare Müqəddəm öldürülüblər.
Bundan başqa leytenant Rüstəm Təngsarın isə ağır yaralandığı bildirilirdi.

Source link