İranda etirazçı tələbələrə dəstək verən professor universitetdən qovulub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tehranın Beheşti Universitetinin sosiologiya üzrə professoru Əhməd Şəkərçi
işdən qovulub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Tələbə media qrupları bunu İranda professorların, müəllimlərin və tələbələrin
işdən qovulmasının davamı adlandırıblar.
Məlumata görə, professorun universitetlə müqaviləsinin ləğv edilməsinə səbəb
isə “Qadın, Həyat, Azadlıq” şüarı altında xalq etirazlarında öyrəncilərə dəstək
verməsi olub.