ef665144-688b-40d7-818e-a8512bbadc85..jpg

İranda etirazları çəkən fotojurnalist işdən qovulub – FOTO

Baxış sayı: 758 dəfə baxılıb.

İranda etirazları çəkən fotojurnalist işdən qovulub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın İRNA dövlət xəbər agentliyinin fotoqrafı Həna Xələc sosial şəbəkə
hesabında iş yerindən qovulduğunu açıqlayıb. Buna səbəb isə etiraz
aksiyalarının şəkillərini paylaşması olub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

“Nəhayət, bir neçə həftəlik fəaliyyətimin dayandırılmasından sonra bu gün
işdən qovulduğum haqqında məktub İRNA-nın Xəbər Fotoları Xidmətinə daxil olub”,
– deyə xanım fotoqraf “Instagram” hesabında yazıb.

Qeyd edək ki, o, fevralın 10-da İranın yol və şəhərsalma naziri Mehrdad
Bəzrpaşa Qəzvin əyalətinin Roştqun kəndində yerli sakinlərin etiraz
aksiyalarından görüntülər çəkib. Kəndlilər dövlət tərəfindən əkin sahələrinin
qanunsuz mənimsənilməsinə etirazlarını bildiriblər.

Source link