İranda güclü zəlzələ: 105 nəfər xəsarət alıb - YENİLƏNİB

İranda güclü zəlzələ: 105 nəfər xəsarət alıb – YENİLƏNİB

Baxış sayı: 2. 387 dəfə baxılıb.

İranda baş vermiş zəlzələdə xəsarət alan insanların sayı 105 nəfərə çatıb.

ÇıxışYolu.Com “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli tibbi rəsmilər açıqlama verib.

Zərərçəkənlərdən 32-i ölkənin müxtəlif xəstəxanalarına yerləşdirilib.

14:36

İranın mərkəzi hissəsində baş vermiş güclü zəlzələ nəticəsində xəsarət alanların sayı 76-ya çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, onların bəzilərinə yerindəcə tibbi yardım göstərilib.

12:21

İranda baş verən güclü zəlzələ nəticəsində azı 30 nəfər xəsarət alıb. 

ÇıxışYolu.Com bununla bağlı “Press” TV-yə istinadla xəbər verir. 

Maqnitudası 5,3 bal olan yeraltı təkanlar ölkənin cənub-qərbindəki Kohgiluyə və Buyer Əhməd vilayətinin Sisəxt rayonunda baş verib. 

Zəlzələnin ocağı yerin səkkiz kilometr dərinliyində yerləşib. 

www.ÇıxışYolu.Com