0abdfc1b-f261-4663-a0ac-70fd2897f995..jpg

İranda həbsdə olan güneyli etirazçı həkimin ailəsi ilə telefon danışığına qadağa qoyulub – FOTO

Baxış sayı: 498 dəfə baxılıb.

İranda həbsdə olan güneyli etirazçı həkimin ailəsi ilə telefon danışığına
qadağa qoyulub – FOTO

İranın Kərəc həbsxanasında cəza çəkən güneyli həkim Həmid Qarahəsənlinin
qanunla təmin edilməli olan yaxınları ilə telefon danışığı hüququ həbsxana
gözətçiləri tərəfindən əlindən alınıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, digər məhbuslara da xəbərdarlıq edilib ki, Qarahəsənliyə
ailəsi ilə əlaqə saxlamağa kömək etsələr, sərt şəkildə cəzalandırılacaqlar.

Xatırladaq ki, bir neçə gün əvvəl güneyli həkim keçən il etirazlarda iştirak
edərkən guya Bəsic qüvvələrinin üzvünü qətlə yetirməsi ilə bağlı saxta ittihamla
hökm oxunub . O, cəzasını sürgündə çəkməklə 15 il
müddətinə azadlıqdan məhrum edilib.

Source link