İranda hərbi hissədə güclü partlayış baş verib

İranda hərbi hissədə güclü partlayış baş verib

Baxış sayı: 2. 523 dəfə baxılıb.

İranın Huzistan ostanının Dezful şəhərində yerləşən hərbi hissədə güclü partlayış baş verib.

ÇıxışYolu.Com-ın  İranın “İRNA” xəbər agentliyinə istinadən verdiyi məlumata görə  silah-sursat anbarında baş vermiş partlayış güclü yanğınla müşayiət olunub.

Partlayışın Dezful şəhərinin 292 saylı motoatıcı briqadasında yerli vaxtla 21.15-də baş verdiyi bildirilir.

Hadisədən dərhal sonra hərbi hissənin şəxsi heyəti təxliyə olunub. 

Hadisə yerinə yanğın mühafizə dəstələri, xilasedicilər və təcili tibbi yardım əməkdaşları göndərilib

Yeni partlayış təhlükəsi yüksək olduğundan xilasedicilər yanğın ocağına yaxınlaşa bilmir.

Hal-hazırda itkilər barədə məlumat yoxdur.

Huzistan əyalətinin fövqəladə halların idarəolunması xidmətinin rəhbəri Kiyamərz Hacızadə bildirib ki, alov bütün hərbi hissənin ərazisini bürüyüb. Hacızadənin sözlərinə görə, partlayışdan ölən olmayıb.

.
www.ÇıxışYolu.Com