İran hərbi hava qüvvələrinə aid “F-7” qırıcısı İsfahan bölgəsinin mərkəzində qəzaya uğrayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “Fars” xəbər agentliyi məlumat yayıb.
Yerə çırpılan təyyarənin pilotları vaxtında katapult edərək xilas olub.
Təyyarənin təlim uçuşu zamanı texniki nasaslıqla əlaqədar Həsənabad kəndi ərazisində olan açıq sahəyə düşdüyü bildirilir.