İranda III Xəzər İqtisadi Sammiti keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İran noyabrın ortalarında Xəzəryanı ölkələrin əsas toplantısına ev sahibliyi
edəcək.
Bununla əlaqədar bazar günü İranın paytaxtı Tehranda Xarici İqtisadi
Əlaqələrin Koordinasiyası Qərargahının iclası keçirilib.
İclasda İran Xarici İşlər Nazirinin iqtisadi diplomatiya məsələləri üzrə
müavini Mehdi Səfərinin sədrliyi ilə Xarici İqtisadi Əlaqələrin Koordinasiyası
Qərargahının üzvləri, o cümlədən müvafiq qurumların rəhbərləri iştirak ediblər.
Görüş zamanı iştirakçılar Tacikistanla iqtisadi-ticarət əlaqələri və xüsusilə
Fars körfəzi ölkələrindən xarici investisiyaların cəlb edilməsi
strategiyalarını araşdırıb, bəzi ölkələrlə birgə iqtisadi komissiyaların
rəhbərlərini təyin ediblər.
İran xarici işlər nazirinin Xəzər dənizi məsələləri üzrə müavini Əlirza
Cahangiri noyabrın ortalarında İranda keçiriləcək III Xəzər İqtisadi Forumunun
nəqliyyat, müştərək müəssisələr, neft-qaz, maliyyə, bankçılıq, o cümlədən
texniki əməkdaşlıq sahələrini əhatə edəcəyini vurğulayaraq, iqtisadi
sektorlardakı bütün fəal qurumları diqqətli olmağa çağırıb. O, məqsədyönlü
planlaşdırma və fəal iştirakla bağlı mümkün olan ən yaxşı nəticəyə nail olmağın
zəruriliyini dilə gətirib. Hər kəsi bununla əlaqəli toplantılarda iştirak
etməyə səsləyib.
Mənbə: IRNA