İranda iki nəfəri qətlə yetirən əsgər öldürülüb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Əlborz əyalətinin polis komandanlığı Savcabulaq şəhərində əsgərin bir polis və
bir vətəndaşı öldürdüyünü açıqlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, sözügedən əyalətin Xilasetmə İdarəsinin əsgəri patrul xidməti
zamanı polis əməkdaşını öldürdükdən sonra qaçıb. Daha sonra o, bir vətəndaşı da
öldürərək, onun avtomobilini oğurlayıb.
Qeyd olunub ki, təhlükəsizlik qüvvələri əsgərin qaçırdığı avtomobilə atəş
açıblar. Nəticədə avtomobil aşaraq əsgərin ölümünə səbəb olub.