230a9bd2-d62a-4fbe-ad9d-1267aef901d9..jpg

İranda məcburi hicabla bağlı nəşrə görə qəzet redaktoru təqsirli bilindi – FOTO

Baxış sayı: 734 dəfə baxılıb.

İranda məcburi hicabla bağlı nəşrə görə qəzet redaktoru təqsirli bilindi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda çıxan “Şərq” qəzetinin redaktoru məcburi hicabla bağlı nəşrinə görə
təqsirli bilinib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, oktyabrın 24-də sözügedən qəzetin keçirdiyi rəy sorğusunda
əhalinin 84%-i qadınlara məcburi hicabın tətbiq edilməsinə qarşı çıxıb. Sorğu
12 min 300-dən çox insanın iştirakı ilə keçirilib.

Nəşrdə insanların əksəriyyətinin məcburi hicaba, habelə “Hicab və İffət
Qanunu” layihəsinə qarşı olduğunu göstərən sorğunun dərcindən sonra, qəzetin
baş redaktoru Mehdi Rəhmanian siyasi və mətbuat cinayətlərində təqsirli bilinib.

Source link