fd53a7eb-b340-453c-a9aa-d8e3c458dfd7..jpg

İranda müəllimlərin toplantısına basqın: Həbs olunanlar var – FOTO

Baxış sayı: 924 dəfə baxılıb.

İranda müəllimlərin toplantısına basqın: Həbs olunanlar var – FOTO

İran təhlükəsizlik qüvvələri bir qrup müəllim və əmək fəalını həbs edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı Təhsil İşçiləri Həmkarlar İttifaqları
Təşkilatlarının Koordinasiya Şurasının məlumatına istinadla xəbər verib.

Bildirilir ki, dünən təhlükəsizlik qüvvələri Tehran Müəllimləri Həmkarlar
İttifaqı Mərkəzinin sözçüsü Məhəmməd Həbibinin evinə basqın edərək, orada olan
bir neçə müəllimi döyüblər.

Toplantıda iştirak edən və işçilərin hüquqlarını müdafiə edən həmkarlar
ittifaqının bəzi üzvləri də saxlanılıb.

Həbs zamanı qadın müəllimlərdən biri infarkt keçirib və xəstəxanaya
yerləşdirilib.

Source link