77e42935-cd12-46ec-b909-1435636018a9..jpg

İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz qaldılar” – VİDEO

Baxış sayı: 509 dəfə baxılıb.

İranda parad zamanı gözlənilməz hadisə: Hərbçilər su şırnağına “məruz
qaldılar” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranda Ordu Gününə həsr olunmuş təntənəli mərasimdə gözlənilməyən hadisə
yaşanıb.

Hərbi parad zamanı TOMA (Kütləvi ixtişaşlara müdaxilə maşını) işə düşüb və
nəticədə hərbçilər su şırnağına “məruz qalıblar”.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə su
şırnağının hərbçilərin üzərini islatdığı kadrlar yer alıb.

Qeyd edək ki, İran Ordusu Günü münasibəti ilə ölkənin böyük şəhərlərində
ordunun bütün bölmələrindən təmsilçilərin iştirakı ilə hərbi paradlar
keçirilib. İran prezidenti İbrahim Rəisi də Tehranda keçirilən mərasimdə çıxış
nitqi ilə iştirak edib.

Ordu Günü 1979-cu ildə İran İslam Respublikasının banisi ayətullah Xomeyni
tərəfindən təsis edilib və adətən hər il aprelin 18-də qeyd olunur, lakin bu il
mərasim aprelin 17-nə keçirilib.

Source link