8643b392-803d-4ad8-91cf-0fed8d5be823..jpg

İranda partlayış: Üç bina dağıldı, qurbanlar var – FOTO/VİDEO

Baxış sayı: 887 dəfə baxılıb.

İranda partlayış: Üç bina dağıldı, qurbanlar var – FOTO/VİDEO

İranın Qərbi Azərbaycan əyalətində evdə partlayış baş verib. Nəticədə ev
tamamilə dağılıb, yaxınlıqdakı iki yaşayış binasına isə 70 faiz zərər dəyib.

Hadisə nəticəsində ikisi uşaq, ikisi də qadın olmaqla ümumilikdə altı nəfər
həlak olub. Onların hamısının bir ailənin üzvü olduğu deyilir.

Daha üç nəfər isə yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Qəzanın əsas səbəbi hələlik məlum deyil, araşdırma aparılır, lakin
ekspertlərin fikrincə, binanın dağılma şəraiti bunun qaz partlayışı olduğunu
göstərir.

Mənbə: IRIB News


Source link