a2058b83-1df8-4619-ba09-51889e72a8ad..jpg

İranda pensiya yaşı artırıldı: Sosial partlayış olacaqmı? – VİDEO

Baxış sayı: 487 dəfə baxılıb.

İranda pensiya yaşı artırıldı: Sosial partlayış olacaqmı? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səlahiyyət müddəti bitməkdə olan 11-ci çağırış İran parlamenti noyabrın 19-da
ölkədə pensiya yaşının artırılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu
qanun İbrahim Rəisi hökumətinin hazırladığı “Yeddinci inkişaf proqramı”
çərçivəsində qəbul olunub. Belə görünür ki, parlamentin bu qərarı tezliklə
Nəzarət Şurası tərəfindən də təsdiqlənəcək.

Bu barədə “Azad İran” “YouTube” kanalı məlumat yayıb.

Bildirilir ki, hazırda İranda “Sosial təminat haqqında” Qanunun 76-cı
maddəsinə əsasən, pensiyaya çıxmaq üçün maksimum yaş həddi kişilər və qadınlar
üçün müvafiq olaraq 60 və 55 yaş təşkil edir və vətəndaş ən azı 20 illik
sığorta ödəmə tarixi ilə pensiyaya çıxa bilər.

Yeni qanuna görə, müxtəlif yaş səviyyələrində pensiya yaşı addım-addım və
qeyri-bərabər dərəcələrlə artır. Ümumən pensiya yaşının iki il artırıldığı
bildirilsə də, əslində, qeyd olunan yanaşma əsasında artım daha böyükdür. Belə
ki, İran parlamentinin deputatı Möhsün Zəngənənin yeni pensiya hesablamalarını
izah edərkən dediyinə görə, qulluğunun ilk ilində olan insanın pensiya yaşına
təxminən 12 il əlavə olunacaq.

İranda vətəndaşlar təqaüd yaşının artırılması ilə bağlı xəbərləri həyəcanla
izləyirlər. Ölkədə pensiya fondlarının əksəriyyətinin iflasa uğradığını nəzərə
alan bir çox ekspertlər parlamentin bu qərarını tezliklə partlayacaq saatlı
bomba kimi qiymətləndirirlər.

Hazırda pensiya fondlarının 300 trilyon tümən büdcə kəsiri var ki, bu da
əsasən, hökumətin sosial təminat təşkilatına borcundan qaynaqlanır. Gələcəkdə
dövlət borcunun artım tendensiyasının davam edəcəyi proqnozlaşdırılır. İndiyə
qədər hökumət səhmlərin bölüşdürülməsi, zavod və fabriklərin fondların
ixtiyarına verilməsi, hətta torpaqların fondlara bağışlanması və mərkəzi
bankdan birbaşa və ya dolayı borc götürməklə pul inyeksiyası kimi tədbirlər
görərək vəsait böhranını cilovlamağa çalışıb. Lakin bu cəhdlər nəinki
uğursuzluğa düçar olub, üstəlik, dövriyyədə nağd pul kütləsinin artmasına və
inflyasiyaya yol açıb.

Ətraflı süjetdə:


Source link