21016181-47c4-46a3-99e1-77159f2b4f40..jpg

İranda qadınların kişi futbol oyunlarında iştirakına icazə veriləcək

Baxış sayı: 918 dəfə baxılıb.

İranda qadınların kişi futbol oyunlarında iştirakına icazə veriləcək

İran hakimiyyəti iranlı qadınların kişi komandalarının iştirakı ilə keçirilən
futbol matçlarında iştirak etmək istəyini nəzərə alacaq.

Bu barədə İran Futbol Federasiyasının sədr müavini Mənsur Qənbərzadə məlumat
verib.

“Futbol Federasiyası ölkəmizin qadınlarının bu ədalətli arzusunun yaxın
gələcəkdə reallaşması üçün bütün səylərini əsirgəməyəcək”, – deyə o bildirib.

Federasiya rəsmisi qadınların stadionlarda olmasının FIFA-nın tələbi olduğunu
vurğulayıb.

“Bu tələbin qadın hüquqlarına aid olduğunu nəzərə alaraq, federasiya yaxın
vaxtlarda qadınların stadionlarda olmasına icazə verməyə hazırdır”, –
Qənbərzadə bəyan edib.

Qeyd edək ki, 1979-cu ildə İran İslam İnqilabından sonra qadınlar kişilərin
oynadığı futbol matçlarında sərbəst iştirak edə bilmirlər.

Mənbə: gazeta.ru

Source link