c3bc1545-169b-418e-9e40-4983f5ce2565..jpg

İranda rejimin öz kadrları da mövcud duruma etiraz edir – VİDEO

Baxış sayı: 878 dəfə baxılıb.

İranda rejimin öz kadrları da mövcud duruma etiraz edir – VİDEO

İranda aylardır davam edən xalq etirazları fonunda sosial-iqtisadi vəziyyətin
daha da pisləşməsi, o cümlədən inflyasiyanın sürətli artımı ölkədə ümumi
vəziyyətin daha dramatik xarakter almasına səbəb olub.

Görünən odur ki, İran rəhbərliyi baş verənləri adekvat dərk etməkdən,
etirazların həqiqi siyasi-iqtisadi və sosial-psixoloji səbəblərini anlamaqdan
çox uzaqdır. Bununla belə rejimin öz kadrları arasında nisbətən real düşünənlər
əhali ilə top-tüfənglə danışmağın, o cümlədən etirazçı kütləni qorxutmaq üçün
edamlara əl atmağın, eləcə də hadisələrin məsuliyyətini hansısa xarici
qüvvələrin üzərinə qoymağın mövcud problemləri həll etməyəcəyini yaxşı başa
düşürlər. Və bu kontekstdə də hakimiyyətin yürütdüyü siyasətə etiraz və
tənqidlərini getdikcə daha açıq və sərt formada bildirirlər.

Bunun son nümunələrindən biri kimi Ayətullah Seyid Hüseyn Musəvi Təbrizinin
bəzi məqamları baxımından sensasiya sayıla biləcək açıqlamalarını göstərmək
olar. Ölkənin keçmiş baş prokuroru, Qum Elmi Hövzəsinin Müəllimləri və
Tədqiqatçıları Birliyinin katibi olan bu müctəhid yanvarın 4-də “Cəmaran”
saytına verdiyi müsahibədə hakimiyyətin yanlış daxili və xarici siyasəti
nəticəsində İran cəmiyyətinin düşdüyü fəlakətli durumdan bəhs edib.

Daha ətraflı “Azad İran”ın “YouTube” kanalının süjetində:


Source link