3315cec1-2586-43f9-a262-bda1bc7ae01e..jpg

İranda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var – FOTO

Baxış sayı: 500 dəfə baxılıb.

İranda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İranda Tehran-Xürrəmabad magistral yolunda sərnişin avtobusu qəzaya
uğrayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, qəza zamanı yeddi nəfər ölüb, səkkiz nəfər yaralanıb.

“Bu gün səhər saatlarında avtobus və yük maşınının toqquşması nəticəsində
yeddi nəfər həyatını itirib, səkkiz nəfər ağır yaralanıb. Hadisə yerinə
göndərilən xilasetmə qüvvələri yaralıları dərhal xəstəxanaya aparıblar”, – deyə
Lorestan əyalətinin Yol Polis İdarəsinin rəisi Məhəmməd Zareyi bildirib.

Baş verən qəzanın səbəbinin araşdırıldığı bildirilib.

Source link