İranda son 10 ayda 16 həkim köməkçisi intihar edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranda rezidentura müddətini keçirən həkim köməkçilərinin intihar sayı ötən
ilin mart ayından indiyədək 16 nəfər olub, onlardan üç nəfəri təkcə keçən həftə
həyatına son qoyub.
Bunu “Azad İran” “Telegram” kanalı İranın Səhiyyə Sisteminin Təhsil və
Tədqiqat İşlər üzrə müavini Babək Şikarçı istinadən məlumat yayıb.
Onun sözlərinə görə, gənclərə maliyyə dəstəyi göstərilmir. Buna görə, təcrübə
keçirdikləri müddətdə ixtisaslarını dəyişmək istəyərkən dövlət tərəfindən
onlara böyük ödənişlər nəzərə alındığına görə bunu da edə bilmirlər.
“Habelə onlara bu barədə kiminsə zamin durması şərti vəziyyəti daha da
ağırlaşdırıb. Bu səbəblər onlarda yolun sonuna çatdıqları düşüncəsinə gətirib
çıxardığından intihara əl atırlar”, – deyə Şikarçı əlavə edib.