İranda son bir neçə ildə yoxsulluq üzündən 60 gənc həyatına son qoyub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İranda yoxsulluq da daxil olmaqla bir çox səbəblərə görə insanlar arasında
intihar halları gündən-günə kəskin şəkildə artıb. Belə ki, son üç ildə
Kohgiluye və Boyer Əhməd əyalətində yoxsulluq və işsizlik üzündən 60 gənc
həyatına son qoyub.
Bu barədə “Azad İran” “Telegram” kanalı İran parlamentinin Təhsil Komitəsinin
üzvü Mehdi Roşənfekrə istinadən xəbər verib.
“Yoxsulluq, narkotik maddələrə aludəçilik, işsizlik və imkansızlıq ucbatından
intihar edənlərin bir çoxu gənclərdir”, – deyə Mehdi Roşənfekr əlavə edib.