İranda tələbə qız məcburi hicaba etiraz əlaməti olaraq küçədə soyunub.
“Azad İran” xəbər verir ki, Elm və Tədqiqat Universitetinin tələbəsi olan qız
məcburi hicab bəhanəsilə radikal və yarımhərbi “Bəsic” qüvvələrinin və digər
təhlükəsizlik güclərinin təzyiqinə məruz qalıb.
Bu təzyiqlər nəticəsində onun paltarı cırıldıqdan sonra qız bütün üst geyimini
çıxararaq Universitetin həyətində oturub.
Gənc tələbə polis tərəfindən həbs edilərək bölməyə aparılıb.