ecd948d1-6952-4826-9e11-4f95f795741b..jpg

İranda tanınmış futbolçular tutulub

Baxış sayı: 888 dəfə baxılıb.

İranda tanınmış futbolçular tutulub

İranda yüksək liqada çıxış edən Tehranın tanınmış futbol komandalarından
birinin bir neçə indiki və keçmiş oyunçusu Dəmavənd şəhərində qonaqlıq zamanı
tutulublar.

Məlumata görə, onlar qonşuların şikayətindən sonra polis tərəfindən
saxlanılıblar. Bildirilib ki, futbolçuların bəziləri alkoqollu içki qəbul
etdiyinə görə sərxoş halda olub.

Qeyd edək ki, həbs olunan bu şəxslərin bəziləri İranda keçirilən etiraz
aksiyalarına görə motivasiyanın olmadığını söyləsələr də, futboldan
danışdıqlarını iddia ediblər. Onların adlarını açıqlanmayıb.

Xatırladaq ki, İranda idmançılar arasında aksiyaları dəstəkləyənlər az deyil.
İran yığma komandasının keçmiş üzvü, tanınmış futbolçu Əli Daei etirazlara
laqeyd qalmayaraq sosial səhifəsindən paylaşım etmişdi. Ötən həftə onu ailəsi
ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə uçan təyyarədən düşürüblər. Tehran
hakimiyyəti onun və ailəsinin İrandan çıxmasına qadağa qoyub.

Source link