İranın təhlükəsizlik qüvvələri ölkənin qərb və cənub-qərb bölgəsində terrorçu qruplaşma üzvlərini həbs edib.
ÇıxışYolu.Com “Təsnim” agentliyinə istinadən xəbər verir ki, ölkənin kəşfiyyat naziri Mahmud Ələvi bu barədə açıqlama verib.
Onun sözlərinə görə, terrorçu dəstələr ifşa olunaraq aparılan xüsusi əməliyyatlar nəticəsində zərərsizləşdirilib.
Nazir külli miqdarda silah-sursat və parltayıcı maddələrin müsadirə olunduğunu diqqətə çatdırıb.