Cümə günü axşam saatlarında İranın Kürdistan əyalətinin Marivan bölgəsinin Dari kəndindəki hərbi post terrorçuların hücumuna məruz qalıb.
ÇıxışYolu.Com-ın verdiyi xəbərə görə, İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının Həmzə Seyiddüş-Şühəda Qərargahının yaydığı açıqlamada bildirilir ki, inqilaba zidd və terrorçu qüvvələr postun silah-sursat anbarında partlayış törədiblər.
Nəticədə İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) 10 hərbçisi həlak olub, 8-i yaralanıb.
Cavab atəşi ilə bir neçə terrorçu öldürülüb, bəziləri isə yaralanıb.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.